İQTİSADİYYAT


Transavropa şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə edilib

A+ A

Bakı, 21 oktyabr, Elvin Camalov, AZƏRTAC

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı Proqramının “İqtisadi inteqrasiya və Aİ siyasətinə uyğunlaşma” üzrə II çoxtərəfli platforma çərçivəsində nəqliyyat panelinin XI iclası keçirilib.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas zamanı Rotterdamda (Niderland) keçirilmiş proqramda iştirak edən ölkələrin nəqliyyat nazirlərinin görüşündən sonra həyata keçirilən işlər, yarana biləcək problemlərin aradan qaldırılması yolları, eləcə də Transavropa şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçiriləcək layihələr və onların maliyyələşdirilmə mexanizmləri ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, müzakirələrdə Azərbaycanı Nəqliyyat Nazirliyi və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.