Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Transneft” Publik Səhmdar Cəmiyyətinin vitse-prezidenti Vladimir Ruşaylodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 25 illiyi ilə əlaqədar təbriklərimi qəbul edin. Azərbaycan 25 ildir müstəqil inkişaf yolu ilə inamla irəliləyir, öz zəhməti və istedadı ilə başqa ölkələr və xalqlar arasında layiqli yerini təmin edir. Dövlət başçısı kimi Sizin üzərinizə Azərbaycanın taleyinə görə çox böyük məsuliyyət düşür.

İcazə verin, Müstəqillik Günündə Sizə ruh yüksəkliyi, enerji, möhkəm cansağlığı, dövlət quruculuğu işində daha böyük nailiyyətlər, Azərbaycan Respublikasının vətəndaşlarına isə sülh və firavanlıq arzu edim.

Hörmətlə,

Vladimir Ruşaylo

“Transneft” Publik Səhmdar Cəmiyyətinin

vitse-prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin