İQTİSADİYYAT


Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu “Orta Dəhliz” adlana bilər VİDEO

Astana, 16 iyun, АZƏRTAC

Qazaxıstanın paytaxtında X Astana İqtisadi Forum çərçivəsində IV Beynəlxalq "Yeni İpək yolu” nəqliyyat-logistika forumu keçirilir.

IV Beynəlxalq Yeni İpək Yolu nəqliyyat-logistika forumunda iştirak edən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov “Şərq-Qərb istiqamətində Yeni İpək Yolu” mövzusuna həsr olunmuş plenar iclasda çıxış ediblər. Onlar öz çıxışlarında bildiriblər ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliliyini artırmaq üçün yeni razılaşmalar əldə olunub və uyğun qiymətlər müəyyənləşdirilib.

IV Beynəlxalq Yeni İpək Yolu nəqliyyat-logistika forumunun yekunu olaraq, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasına üzv dövlətlər arasında tranzit yüklər və tariflərin razılaşdırılması ilə bağlı protokollar imzalanıb.

Cavid Qurbanov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Astanada keçirilən tədbirlərdə Azərbaycan üzərindən keçən tranzit yüklərin fomalaşdırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna “Orta Dəhliz” (Middle) adının verilməsi, yükdaşımaların Azərbaycan üzərindən daşınmasının daha da asanlaşdırılması, Qazaxıstan və Çin yüklərinin Gürcüstandan keçərək Türkiyəyə daşınması, Polşadan gələn yüklərin Qazaxıstana daşınmasında yeni tariflərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub. “Yükdaşımalara yeni qiymətlər müəyyənləşdirilib. Bu gün belə nəticəyə gəlinib ki, Qazaxıstanın ixrac potensialı araşdırılsın, bu ölkədən yüklədin Azərbaycan üzərindən Avropaya çatdırılması üçün qiymətlər müəyyənləşdirilsin. Forumda bizim məqsədimiz Azərbaycandan keçən dəhlizlərin əhəmiyyətini, potensialını tədbir iştirakçılarına çatdıraq, Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat sektorunun inkişafına ayırdığı diqqət, bu sahəyə qoyulan investisiyalar barədə məlumat verək və ümumiyyətlə Azərbaycan üzərindən tranziti təbliğ etməkdir. Biz Azərbaycanın tranzit potensialını artırmaq niyyətindəyik. Məqsədimiz Azərbaycanı bir haba çevirməkdir”, - deyə C.Qurbanov bildirib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.