MƏDƏNİYYƏT


“Traviata” operası yenidən səhnədə

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada Jermon partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin ifa edəcək. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova rol alacaq.

Tamaşanı beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.