İDMAN


Triatlon üzrə Azərbaycan yığması sprint üzrə  Avropa çempionatında beşinci yeri tutub

Bakı, 30 iyun, AZƏRTAC

Triatlon üzrə Azərbaycanın yığmasının triatleti Rostislav Pevtsov Almaniyanın Düsseldorf şəhərində sprint üzrə Avropa çempionatında beşinci yeri tutub.

AZƏRTAC xəbər verir ki, start Olimpiya məsafəsi üzrə qitə birinciliyindən bir həftə sonra baş tutub. Turnir iştirakçılarının çoxu sprint yarışlarında da yaxşıların yaxşısını müəyyən etmək üçün Almaniyaya gəlib.

R.Pevtsov məsafəni 57 dəqiqə 42 saniyəyə qət edərək beşinci nəticə göstərib. O, Böyük Britaniya, Belçika, İspaniya, Çexiya, Hollandiya, İsveç, Ukrayna, İtaliya və bir çox digər ölkələrdən olan rəqiblərini geridə qoyub.

Çempionatın fəxri kürsüsünün iki pilləsinə portuqaliyalılar sahib olublar: Joao Pereyra qələbəni bayram edib, Joao Silva bürünc medal qazanıb. Fransız Pyer Le Korre isə gümüş medalla onların arasında qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.