Tripoli aeroportu yaxınlığında silahlı toqquşma nəticəsində azı 20 nəfər həlak olub
Bakı, 15 yanvar, AZƏRTAC
Liviyanın paytaxtı Tripolidə hazırda istifadə edilən yeganə hava limanı olan Mitiqa aeroportu yaxınlığında silahlı toqquşma nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, Al-Youm Al-Sabıa qəzetinin yaydığı məlumata görə, bilavasitə qruplaşmalar arasındakı toqquşmaların gedişində 16 nəfər öldürülüb, 50 nəfər güllə yarası alıb. Eyni zamanda, Liviya silahlı qüvvələrinin xüsusi təyinatlı 6 döyüşçüsünün həlak olduğu, daha 55 hərbçinin isə yaralandığı bildirilir.
Toqquşma bu gün sübh çağı “Al-Bakara” qruplaşması aeroport ərazisindəki həbsxanaya hücum edərkən başlayıb. Həbsxanada əsasən terrorçuluqda və İŞİD qruplaşması ilə əlaqədə ittiham edilən məhkumlar saxlanılır və hücumun məqsədi onları azad etmək olub.
Silahlı qruplaşmalar arasında baş verən qanlı toqquşma aeroportun işinin tam dayanması ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]