DÜNYA
Tropik qasırğa Yaponiyanın şimal rayonlarına yaxınlaşır
Tokio, 17 avqust, AZƏRTAC
Sakit okean üzərindən şimal istiqamətində hərəkət edən tropik qasırğa Yaponiyanın şimal-şərq rayonlarında leysan yağışlara səbəb olub.
Yaponiya Meteoroloji Agentliyinin məlumatına əsasən, avqustun 17-də səhər saat altı radələrində tropik qasırğa Fukuşima prefekturasının İvaki şəhərindən 60 kilometr məsafədə keçib. Qasırğanın saatda 30 kilometr sürətlə şimal istiqamətində hərəkət etdiyi bildirilir. Onun mərkəzində atmosfer təzyiqi 980 hektopikselə bərabərdir.
Meteoroloqların bildirdiyinə görə, qasırğanın Tohoku və Hokkaydo rayonlarına gətirəcəyi yağıntının həcmi saatda 50-80 millimetr təşkil edəcək.
Meteorologiya Agentliyi əhalini daşqınlara və yüksək dalğalara qarşı hazır olmağa çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]