İQTİSADİYYAT


Tullantıların İdarə Edilməsi Mərkəzində son tamamlama işləri başa çatmaq üzrədir

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

SOCAR və “BP Azərbaycan” şirkətlərinin birlikdə həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən olan, ən müasir standartlara uyğun Tullantıların İdarə Edilməsi Mərkəzində işlər artıq başa çatmaqdadır.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Neftçilər Günü ərəfəsində açılışı nəzərdə tutulan tullantı mərkəzində görülmüş işlərlə tanış olmaq məqsədilə SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə və Mikayıl İsmayılov əraziyə baxış keçiriblər.

Bildirilib ki, neft-qaz və neft-kimya sənayesinin istehsalat prosesləri zamanı yaranan təhlükəli tullantıların ekoloji cəhətdən emalı və utilizasiyasının həyata keçirilməsi məqsədi daşıyan mərkəzdə iki ədəd “VacuDry” qurğusu quraşdırılıb.

“Econ İndustries GmbH” şirkətinin istehsalı olan həmin qurğular qazma şlamının emalı üçün nəzərdə tutulub. Layihə çərçivəsində həmçinin mərkəzin ərazisində genişləndirmə işləri aparılaraq, müxtəlif növ istehsalat tullantılarının qəbulu və saxlanılması üçün lazımi şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.