İQTİSADİYYAT


Tümen vilayəti Azərbaycan ilə neft-qaz sahəsindəki layihələrdə əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Tümen vilayəti Azərbaycan ilə neft-qaz, eləcə də polimer istehsalı sahəsindəki layihələrdə əməkdaşlıq etməkdə maraqlıdır.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə noyabrın 1-də şirkətin prezidenti Rövnəq Abdullayevin Rusiyanın Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə danışılıb.

R.Abdullayev Azərbaycanın neft-qaz sənayesinin son illərdə əldə etdiyi nailiyyətlər, SOCAR tərəfindən regional və beynəlxalq miqyasda həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycan və Tümen neftçiləri arasında dostluq əlaqələrinin böyük tarixi keçmişini vurğulayan R.Abdullayev əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb.

Vladimir Yakuşev Tümen vilayətinin neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin rolunu yüksək qiymətləndirib, vilayətdə zəngin neft-qaz yataqlarının Azərbaycanın görkəmli geoloqu Fərman Salmanov tərəfindən kəşf edildiyini bildirib.

Bakıda keçirilən Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdiklərini deyən V.Yakuşev Tümen vilayəti və Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdə, xüsusilə neft-qaz, habelə polimer istehsalı sahəsində bir sıra layihələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Sonra görüşdə iştirak edən müəssisə rəhbərləri təmsil etdikləri strukturların fəaliyyəti ilə bağlı SOCAR-ın rəhbərliyinə məlumat verib və birgə əməkdaşlıqdan məmnun olacaqlarını ifadə ediblər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.