REGİONLAR


Tur-aksiya çərçivəsində 400 məktəbli Azərbaycanın şimal bölgəsi ilə tanış olacaq

A+ A

Quba, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağdaş, Ağsu, Göyçay, Qobustan, Şamaxı, Şəki, İsmayıllı, Qəbələ, Oğuz rayonlarını və Mingəçevir şəhərini təmsil edən ümumtəhsil məktəblərinin 400 nəfər IX-XI sinif şagirdi şimal bölgəsinə ekskursiyaya gəliblər.

AZƏRTAC xəbər verir ki, on rayonun şagirdlərindən ibarət qruplar dörd gün ərzində Quba-Qusar–Xaçmaz marşrutu üzrə təşkil olunan ekskursiyada iştirak edirlər.

Quba şəhərinə gələn məktəblilər buradakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmtəraqla qarşılanıblar.

Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb.

Daha sonra şagirdlər Gənclər Mərkəzi ilə yaxından tanış olublar.

Ekskursiyada iştirak edən məktəblilər noyabrın 20-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.