REGİONLAR
Tur-aksiya iştirakçısı: Bakıya zəngin təəssüratlarla qayıdırıq
Lənkəran, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsinin tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı və görməli yerləri ilə tanışlıq böyük marağımıza səbəb olub. Bakıya zəngin təəssüratlarla qayıdırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş tur-aksiya çərçivəsində noyabrın 12-15-də cənub bölgəsinə səyahət edən Bakının Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbin X sinif şagirdi Elnurə Kərimova bildirib.
E.Kərimova deyib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başladı, Astara və Masallı rayonlarında davam etdi. Bölgələrlə tanışlıq zamanı məktəblilər ölkəmizi daha yaxından tanıyırlar. Maarifləndirici aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Həm də səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi imkanı əldə ediblər. Buna görə tur-aksiyanın təşkilatçılarına minnətdarlığımızı bildiririk”.