REGİONLAR


Tur-aksiya iştirakçısı: Gəncə düzündən topladığım zərif çiçəklər mənə bu gözəl şəhəri xatırladacaq

Gəncə, 20 mart, Rauf Hacıyev, AZƏRTAC

Çiçəkləri toplamağı və onları saxlamağı çox sevirəm. “Ölkəmizi tanıyaq” tur-aksiyasında qrup rəhbərlərimizdən biri rayonumuzun biologiya müəllimi idi. O, yolboyu bizə Azərbaycan təbiətinin zənginliyindən və burada nadir ağac və gül kollarının bitməsindən danışırdı. İstər biologiya kitabından öyrəndiyim əvvəlki biliklərim, istərsə də qrup rəhbərimizin təbiətimiz haqqında verdiyi zəngin məlumatlar məndə yurdumuza olan sevgini daha da artırdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı, Balakən rayonu Humanitar və texniki təmayüllü liseyin şagirdi Ofelya Yüzbaşıyeva bildirib.

“Heç vaxt təsəvvür etməzdim ki, Gəncə torpağında bu qədər zərif çiçəklər yetişir. Tur-aksiya çərçivəsində qoşulduğumuz ağacəkmə kampaniyasında şəhərin Heydər Əliyev Park Kompleksində yabanı halda bitən rəngbərəng zərif çiçəklər gördüm. Səfərimiz Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən sanki kol dibindən boylanan hər çiçək bizə ilıq nəfəsli baharın yaxınlaşdığını xəbər verirdi. Qrup rəhbərimizlə Gəncə düzündən xeyli zərif və rəngbərəng çiçəklər topladıq. Onlardan gözəl bir dəstə düzəltmişəm. Bu çiçəkləri geri dönərkən qurudub herbari hazırlayacam və özümdə saxlayacam. Həmin çiçəklərə baxdıqca mən daim bu gözəl şəhəri və onun möhtəşəm Heydər Əliyev Park Kompleksini xatırlayacam”, - deyə Balakənli məktəbli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.