REGİONLAR
Tur-aksiya iştirakçısı: Sumqayıta xoş təəssüratlarla qayıdırıq
Lənkəran, 26 mart, Bağır Əliyev, AZƏRTAC
Cənub bölgəsinin tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı və görməli yerləri ilə tanışlıq şagirdlərin böyük marağına səbəb olub. Sumqayıta xoş təəssüratlarla qayıdırıq.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində martın 23-26-da cənub bölgəsinə səyahət edən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin X sinif şagirdi Nərmin Muradova AZƏRTAC-a müsahibəsində deyib.
N.Muradova daha sonra bildirib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başlayaraq Astara və Masallı rayonlarında davam etdi. Bölgələrlə tanışlıq zamanı məktəblilər ölkəmizi daha yaxından tanıyırlar. Biz bölgənin tarix və mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda iştirak etdik. Bizim üçün belə gözəl şərait yaratdıqlarına görə təşkilatçılara “Çox sağ olun” deyirik.”