REGİONLAR


Tur-aksiya məktəblilərin asudə vaxtlarının səmərəli keçməsində mühüm əhəmiyyət daşıyır

A+ A

Biləsuvar, 12 noyabr, Mahir Babayev, AZƏRTAC

Noyabrın 12-də cəbrayıllı məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala istiqamətində yola çıxıblar. Yolasalma mərasimi Biləsuvarda cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən rayon icra hakimiyyətinin qarşısındakı meydanda keçirilib.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları və onları yola salan rayon icra hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, valideynlər ulu öndər Heydər Əliyevin qəsəbədəki abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təranə İbayeva səfər proqramı barədə məlumat verərək deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Cəbrayılın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Qəbələ-Şəki-Zaqatala rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hisslərinin formalaşmasında əvəzsiz rol oynayır. Dövlətimizin başçısı təhsilimizin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət göstərdiyi kimi, məktəblilərin dünyagörüşünün formalaşmasının, onların asudə vaxtlarının səmərəli keçməsinin qayğısına da qalır. Şagirdlərimizə bu imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarıq.

Tur-aksiyanın iştirakçıları Səbinə İsmayılova və Günel Hüseynova ekskursiyadan zəngin təəssüratlarla qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Sonra şagirdlər xüsusi avtobusla Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.