REGİONLAR


Tur-aksiyalar məktəblilərə ölkəmizin bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir VİDEO

A+ A

Sabirabad, 12 noyabr, Mahir Babayev, AZƏRTAC

Noyabrın 12-də səhər saatlarında Sabirabad şəhərindəki Gənclik Mərkəzinin qarşısındakı meydanda böyük canlanma vardı. Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olan sabirabadlı şagirdləri yola salırdılar.

AZƏRTAC xəbər verir ki, yola düşməzdən əvvəl aksiya iştirakçıları şəhərdə yenicə istifadəyə verilən Gənclik Mərkəzinin ərazisində 150-dən çox ağac və gül kolları əkib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Sabirabad şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi İsaq Fərəczadə sevincini bölüşərək deyib: “Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Tur-aksiyalar məktəblilərə ölkəmizi, onun bu gününü və keçmişini daha dərindən öyrənmək imkanı verir. Bizə bu imkanı yaradan Prezidentimizə minnətdaram”.

Həşimxanlı kənd tam orta məktəbinin IX sinif şagirdi Elgün Əmrahov söhbətə qoşularaq fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşürük. Sevincimiz hədsizdir. Ölkəmizin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb. Buna görə təşkilatçılara “çox sağ olun” deyirəm”.

Sonda Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyada iştirak edən sabirabadlı məktəblilər avtobusa əyləşərək yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.