İQTİSADİYYAT
“TuranBank” müştərilərinə “Tax Free” xidmətini təklif edir
Bakı, 9 avqust, AZƏRTAC
"TuranBank" Böyük Britaniyanın "TaxFree4U" şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə "Tax Free" xidmətini təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "TuranBank"ın təklif etdiyi bu xidmət ən aşağı komisyon haqqı müqabilində müştərilərin Avropada etdikləri alış-verişlər üzrə tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) qısa zaman ərzində geriyə qaytarılmasını təmin edir. Bu xidmət vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi dövlətlərə səfər etmiş bank müştəriləri həmin ölkələrdə alış-veriş zamanı ödədikləri ƏDV-nin 19 faizədək hissəsini operativ şəkildə geri almaq imkanı qazanırlar.
Xidmət haqqında ətraflı məlumatı Bankın saytında əldə etmək mümkündür:
http://turanbank.az/en/ferdi-bankchiliq/plastik-kartlar/tax-free/.