İQTİSADİYYAT


“TuranBank” nizamnamə kapitalını 5 milyon manat artırıb

A+ A

Bakı, 30 oktyabr, AZƏRTAC

“TuranBank” tərəfindən buraxılmış və hər birinin nominal dəyəri 1082 manat olan 4672 ədəd adi, sənədsiz, adlı səhmlər AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, yerləşdirilmə uğurla başa çatdırılıb, bankın nizamnamə kapitalı 5 001 004 manat həcmində artırılıb. Bununla bankın nizamnamə kapitalı 55 milyon manata çatdırılıb.

Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtlərlə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.