İQTİSADİYYAT


“TuranBank"ın maliyyə hesabatlarının auditini KPMG şirkəti aparacaq

A+ A

Bakı, 27 noyabr, AZƏRTAC

“TuranBank”ın 2016-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün bankın kənar auditorunun seçilməsi siyasətinə müvafiq olaraq keçirilmiş açıq tenderin qalibi KPMG audit şirkəti olub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, “TuranBank” 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və bankın daxili qaydalarına müvafiq olaraq maliyyə hesabatlarının auditinin beynəlxalq audit standartları əsasında aparılması məqsədilə nüfuzlu “Deloitte&Touche”, “PriceWaterHouseCoopers” və KPMG şirkətləri ilə əməkdaşlıq edir.

Bankın korporativ idarəetmə standartlarının tələblərinə müvafiq olaraq seçilmiş bir kənar audit şirkəti ilə əməkdaşlıq müddəti maksimum üç ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.