Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Turizm Şurasının növbəti iclası keçirildi

Bakı, 28 fevral, AZƏRTAC

Fevralın 28-də Azərbaycan Respublikası Turizm Şurasının ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Həmçinin ötən illər ərzində ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışıb: “Görülən ardıcıl tədbirlər hesabına ildən-ilə ölkəmizə səfər edən xarici turistlərin də sayı artmaqdadır. 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda elektron viza sisteminin tətbiqi və bu ilin yanvarın 10-dan etibarən “ASAN Viza” sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır”.

Nazir Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışıb. Bildirib ki, dövlət başçısının 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına və 2016-cı il 6 dekabr tarixli “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi haqqında Fərmanına əsasən ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülməsinə artıq başlanılıb.

Nazir deyib: “Turizm özlüyündə bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır. Turizm Şurasında da bu dövlət qurumları təmsil olunur və bundan sonra da əsas işimiz əlaqədar dövlət strukturları ilə birgə çalışaraq, qarşıya çıxan çətinlikləri həll edərək, ölkəmizdə turizmin daha da inkişafına nail olacağıq. Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şuranın fəaliyyətini təmin edəcək katibliyi də yaradılıb”.

Əbülfəs Qarayev turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılacağını deyib. Ticarət festivallarının keçirilməsi məsələsinə toxunan nazir bildirib ki, birinci festival aprelin 10-dan mayın 10-dək keçiriləcək.

Qeyd edilib ki, bu ərəfədə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin də keçiriləcəyini nəzərə alsaq, bu tədbirə xarici turistlərin marağı daha da yüksək olacaq. Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur.

Nazir ölkəmizə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral tarixində imzaladığı Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirib. Bu Sərəncama əsasən turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan sərhəd, gömrük və digər sahələrdə çalışan yerli vətəndaşlara dil, ünsiyyət, turistlərlə davranma peşəkarlığı üzrə təlimlərin keçirilməsi istiqamətində görüləcək işləri qeyd edib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılması istiqamətində görüləcək işlər haqqında məlumat verib. Həmçinin Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi məqsədilə Naftalan neft-tədqiqat qrupunun yaradılacağını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova ölkəmizdə ticarət festivallarının keçirilməsi, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev büronun həyata keçirəcəyi işlər haqqında məlumat veriblər.

Sonra Milli Turizm Təbliğat Bürosunun “Bakı şəhərində Novruz bayramı zamanı bir həftə müddətində Novruz karnavalı”nın təşkili və turizm dayanacaq məntəqələrinin yaradılması haqqında layihənin təqdimatı olub.

Daha bir layihə turistlərin marağına səbəb ola biləcək turizm məkanlarına, Üzeyir Hacıbəylinin, Vaqif Mustafazadənin, Leapold və Mstislav Rostropoviçlərin, “Nobel qardaşları”nın və başqa muzeylərə daha çox ziyarətçi cəlb etmək məqsədini daşıyır. Bu layihədə 2017-ci ilin mart, aprel və may aylarında Bakı şəhərində keçiriləcək Beynəlxalq festivalları, idman oyunlarını və forumları nəzərə alaraq ilkin olaraq qısa tanıtım videoçarxlarının və çap məhsullarının hazırlanıb ölkənin hava limanlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində turistlərə paylanılmasını əhatə edir.

Həmçinin iclasda Şura üzvləri tərəfindən ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.

Azərbaycanda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, ölkənin turizm potensialından səmərəli istifadə imkanlarının yaradılması məqsədilə turistlərin məhdudiyyətli ərazilərə gediş-gəlişinin sadələşdirilməsi, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi-tədqiqat işlərinin genişləndirilməsi müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib