Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Turizm bazarının liderləri Azərbaycana böyük ümidlər bəsləyirlər

Bakı, 17 fevral, Emil Eyyubov, AZƏRTAC

Fevralın 16-da “JW Marriott Absheron Baku” otelində “B2B Luxury & MICE Workshop” çərçivəsində dünya turizm bazarının aparıcı iştirakçılarının azərbaycanlı həmkarlarla görüşü keçirilib. Böyük Britaniyanın “TMI Consultancy” konsaltinq şirkətinin Azərbaycandakı tərəfdaşlarla birlikdə təşkil etdiyi seminar ölkəmizdə dəbdəbəli turizmin inkişafına yönəlmiş sayca 6-cı tədbirdir.

AZƏRTAC-ın müxbiri səyyar turizminin hazırda aktual olan istiqamətlərini öyrənmək üçün seminarda iştirak edib. 

Almaniyada işgüzar turizm və Sinqapurda ailəvi istirahət

Seminarda Azərbaycanın lüks turizm seqmentinin 50-dən çox turizm şirkətinin əməkdaşları, xarici beşulduzlu otellərin, turizm operatorlarının, müxtəlif ölkə və regionların turizm ofislərinin nümayəndələri iştirak ediblər. 

Layihənin rəhbəri Mariya Qorbaçovanın sözlərinə görə, bu tədbir bir növ biznes-platformadır. Səyyar turizmlə məşğul olan Azərbaycan şirkətləri bu platforma sayəsində xarici ölkələrdən olan tərəfdaşlarla birbaşa ünsiyyət saxlaya, əlaqələri genişləndirə, dünya bazarının ən müasir meyilləri ilə tanış ola bilərlər. Xarici qonaqlara isə azərbaycanlı turistlərin tələblərini mənbənin özündən öyrənmək imkanı verilir. M.Qorbaçova deyib: “Təsadüfü deyildir ki, indiki seminar Azərbaycanın səyyar turizm bazarının təqdimatından başlayıb. Azərbaycanın turizm agentliklərinin və “Qatar Airways” aviaşirkətinin nümayəndələrindən ibarət ekspert qrupu əcnəbi iştirakçıları yerli bazarın xüsusiyyətləri ilə tanış edib və onları maraqlandıran bütün suallara cavab verib”.

Xarici qonaqlar arasında çoxlu debütant olub. “B2B Luxury & MICE Workshop”da “Belmond“, “Grecotel” (Yunanıstan), “Kilit Hospitality Group” (Türkiyə), “Vichy Célestins Spa Hôtel” (Fransa) и “Intercontinental Hotel Vienna” (Avstriya) kimi məşhur otellər və otel şəbəkələri tədbirə ilk dəfə qatılıblar. Sinqapurdan “Travel Central” və Almaniyadan “T.I.M.E Europe” turizm operatorları da ilk dəfə iştirak ediblər.

“T.I.M.E Europe” şirkətinin baş direktoru Kirill Morunov deyib: “Biz əlaqədar auditoriyanın toplandığı bu tədbirin iştirakçılarından biri olduğumuza görə şadıq. Bu da çox vacibdir. Azərbaycanlı həmkarlarla söhbətlərimiz zamanı Almaniyanın turizm bazarının xidmətlərinə böyük tələbatın olduğuna bir daha əmin olduq. Yeganə çatışmayan cəhət bu idi ki, onların Almaniya bazarında azərbaycanlı turistlərin ehtiyaclarını və tələblərini başa düşən etibarlı tərəfdaşları yox idi. Şirkətimizdə əslən keçmiş Sovet İttifaqı ölkələrindən olan və Almaniyada yaşayan insanların işləməsi sayəsində biz Azərbaycandan olan həmkarlarımızla asanlıqla ümumi dil tapdıq və onların ümidlərini doğrultmağa hazırıq”.

K.Morunovun sözlərinə görə, son meyillərə gəldikdə isə Almaniyada işgüzar turizm – konqreslər, sərgilər, danışıqlar, müxtəlif tədbirlərdə iştirak etmək üçün səfərlər, biznesmenlər, o cümlədən Azərbaycanın iş adamları üçün maraq doğuran digər aktiv həyat tərzi növləri getdikcə daha aktual olur.

Sinqapur, əksinə, ailəvi turizmə üstünlük verir. “Travel Central” şirkətinin icraçı direktoru Natali Tay-Li deyib: “Ölkəmiz ailəliklə istirahət edənlərə geniş çeşiddə əyləncələr, o cümlədən “Universal Studios” kimi müxtəlif növ attraksionlardan ibarət nəhəng parklar, akvarium, zoopark, Sentoza tropik adasında müxtəlif əyləncələr və bir çox digər istirahət imkanları təklif edir. Bakirə təbiətlə əhatə olunmuş futuristik arxitekturanı da əlavə etsək, turizm istiqaməti kimi Sinqapurun populyarlığının səbəbləri aydın olar. Azərbaycanda bizim keyfiyyətli istirahətin dəyərini bilən auditoriyamız var”.

Sloveniyada müalicə və İsveçrədə əyləncə

Sloveniya tədbirdə yenə də geniş təqdim olunub: seminarda Sloveniya Milli Turizm Ofisi ilə birlikdə “Grand Hotel Sava Rogaška”, “Lifeclass Hotels & SPA”, “Sava Hotels & Resorts” otelləri və termal kurortları, “Rogaška” tibb mərkəzi, “Kompas” и “Renee Tours” şirkətləri təmsil olunub.

Sloveniya Milli Turizm Ofisinin satış üzrə meneceri Anya Bezqovşek əmindir: “Azərbaycanlı səyyahların Sloveniyaya azalmaq bilməyən marağının əsas səbəbi müalicəvi turizmdir. Sloveniyanın “Roqaşka-Slatina” balneoloji kurortunun xüsusi təqdimata ehtiyacı yoxdur. Bu, Avropada ən qocaman və məşhur spa-kurortlardan biridir. Sloveniyada müxtəlif təyinatlı 20 kurort var. Bu kurortlarda sağlamlığını bərpa etmək, yaxşı istirahət etmək, müalicəni yerli mədəniyyət, təbiət və mətbəxlə uyğunlaşdırmaq olar. Turizm şirkətləri nümayəndələrinin sözlərinə görə, Sloveniyada ilk dəfə olan səyyahların çoxu bura mütləq yenidən qayıdırlar.

Azərbaycandan olan keyfiyyətli istirahət həvəskarları üçün İsveçrə, xüsusən Cenevrə gölü regionu böyük maraq kəsb edir. Cenevrə gölü regionunun Turizm Ofisinin nümayəndəsi Yelena Bondarenkonun sözlərinə görə, Cenevrəyə gələn azərbaycanlı turistlər çox vaxt İsveçrənin qərbində yerləşən bu regionun incilərini görməyə can atırlar. Məsələn, fransızdilli Vo kantonunun paytaxtı olan Lozannada istirahət çox populyardır. Lozanna Cenevrə gölünün sahilində özünün tarixi və mədəniyyəti ilə böyük maraq doğuran son dərəcə mənzərəli yerdir. Onu dünyanın “Olimpiya paytaxtı” adlandırırlar. Beynəlxalq Olimpiya Komitəsinin və çoxsaylı beynəlxalq idman federasiyalarının qərargahları burada yerləşir. 1896-cı ildən keçirilən müasir Olimpiya Oyunlarının təşəbbüskarı baron Pyer de Kuberten əslən bu yerlərdəndir. 2015-ci ildə yenidən qurulmuş interaktiv Olimpiya Muzeyi də Lozannada yerləşir. 2016-cı ildə burada Çarli Çaplinin həyat və yaradıcılığına həsr olunmuş unikal “Chaplin's World” muzeyi açılıb. Ç.Çaplin Korse-syur-Vevedəki malikanəsində 20 ildən çox yaşayıb. “Chaplin's World” yeni tipli unikal müasir əyləncə kompleksidir. Müsafirlər ssenoqrafiya, kinematoqrafiya və multimedia elementlərinin birləşdirilməsi sayəsində keçmişə inanılmaz səyahət edirlər.

Y.Bondarenko deyib: “Bundan əlavə, Cenevrə gölü regionuna Alp dağlarındakı Villar, Qriyon və Diabler kurortlarında xizək sürmək üçün gəlirlər. Burada xizəksürmə mövsümü aprel ayınadək açıq olur və güzəştli qiymətlər təklif edilir. Yayda isə istirahət edənləri gözəl çimərliklər, akvaparklar və mənalı ailəvi istirahət üçün başqa imkanlar gözləyir”.

Seminarda İspaniyanın Kosta Blanka regionunun Turizm Ofisi və turistləri qəbul edən “Viajes Ancodes” şirkəti də təmsil olunub. “B2B Luxury & MICE Workshop” seminarına hər il qatılan Avropa “McArthurGlen” dizayner autletlərinin, İtaliyanın beşulduzlu “Duetorrihotels group” şəbəkəsinin, Xorvatiyanın “Losinj Hotels & Villas” eksklüziv lüks otellərinin nümayəndələri də Bakıda öz yeniliklərini təqdim ediblər.

Qonaqpərvərlik mühitində keçən seminar Azərbaycanın turizm bazarına böyük ümidlər bəsləyən iştirakçıların xoş ovqatı ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək