CƏMİYYƏT


Turizm və Menecment Universitetində restoran biznesinin təşkili ilə bağlı müzakirələr aparılıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mehmanxana və restoran biznesi kafedrasının təşəbbüsü ilə “Restoran biznesinin təşkili və yüksək səviyyədə xidmətin göstərilməsi” mövzusunda seminar-təlim keçirilib.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, Latviyanın Restoran Biznesi Mərkəzinin baş direktoru, restoran sənayesi üzrə təlimçi Aynars Bunkeviçsin keçirdiyi seminar universitetin turizm və qonaqpərvərlik fakültəsində təhsil alan tələbələr və Bakı Turizm Peşə Məktəbinin şagirdləri üçün nəzərdə tutulub. Tədbirdə ölkənin restoran biznesi üzrə tanınan mütəxəssisləri iştirak ediblər.

Üç gün davam edən tədbirin keçirilməsinin əsas məqsədi restoranda xidmətin düzgün təşkili qaydaları və müvafiq sahənin incəlikləri barədə bilgiləri aşılamaq olub.

Seminarın səmərəli fəaliyyətindən razı qalan iştirakçılar gələcəkdə mütəxəssis səviyyəsində işgüzar görüşlərin təşkili məsələsinə müsbət münasibət bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.