ELM VƏ TƏHSİL
“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının “Xüsusi buraxılış”ı nəşr olunub
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının magistr tədqiqatlarına həsr olunan “Xüsusi buraxılış”ı çapdan çıxıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, “Xüsusi buraxılış” Azərbaycanda ekoloji turizm ehtiyatları, daxili turizmin inkişafı, kurort-sağlamlıq xidmətinin və sağlamlıq turizminin inkişafı və dünya mehmanxana sisteminin yaradılmasından bəhs edir. Bundan əlavə, bu nömrədə hotel biznesinin tədqiqinə, etnoqrafik turizmin perspektivlərinə, turizmin inkişafında nəqliyyatın, eləcə də turist agentliklərinin roluna həsr olunan araşdırmaların nəticələri yer alıb.
Jurnalın elektron versiyası ilə universitetin veb-saytında, həmçinin Kitabxana İnformasiya Mərkəzində tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:38]
“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib
- 26.04.2024 [17:44]
Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub
- 26.04.2024 [17:15]
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
- 26.04.2024 [16:52]
“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev
- 26.04.2024 [16:34]
“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB
- 26.04.2024 [16:32]
Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub
- 26.04.2024 [16:13]