ELM VƏ TƏHSİL


“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının yeni nömrəsində...

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının növbəti nömrəsi çapdan çıxıb.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində yerli və xarici alimlərin tədqiqat nəticələrini əks etdirən 22 məqalə yer alıb. Məqalələrdə turizm siyasətinin ölkə iqtisadiyyatına təsiri, mədəni-tarixi abidələrdən turizmdə istifadə təcrübəsi, turizm sahəsində ölkələr arası əməkdaşlığın rolu, ali təhsil müəssisələrinin idarəedilməsi və bu idarəetmədə marketinq strategiyalarının əhəmiyyəti geniş təhlil olunub və tövsiyələr verilib.

Jurnalı ATMU-nun Kitabxana İnformasiya Mərkəzindən, eləcə də universitetin rəsmi veb saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.