İQTİSADİYYAT


Turizmin dünya üzrə ÜDM-yə məcmu töhfəsi 7,2 trilyon dollara çatır

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Dünya Turizm Təşkilatının (UNWTO) hesablamalarına görə, 2015-ci ildə dünyada turizmdən əldə edilən gəlirin real həcmi 4,4 faiz artaraq 1,26 trilyon dollara çatıb. Turizm sahəsinin dünya üzrə ÜDM-ə töhfəsi 7,2 trilyon dollara çatır. Orta hesabla dünyada hər 11 iş yerindən birini birbaşa və ya dolayı şəkildə bu sahənin hesabına təmin edilir. Keçən il turizm agentliklərində, mehmanxana biznesində, aviasiya daşımalarında və restoranlarda bilavasitə turistlərə xidmət edən 2,5 milyon iş yeri yaradılıb. Əmtəə və xidmətlərin qlobal ixracında turizmin payı artaraq 7 faizə çatıb. Həcminə görə yalnız yanacaq və kimya sənayesindən geri qalan turizm sahəsi qida məhsulları istehsalını və avtomobilqayırma sənayesini də qabaqlayır.

Dünya Turizm və Səyahətlər Şurasının (DVTTC) proqnozlarına görə, 2016-cı ildə bu sektorda artım göstəricisinə görə bütövlükdə dünya iqtisadiyyatının artım göstəricisindən çox olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.