REGİONLAR


Turizmin inkişafında region gənclərinin rolu artırılır

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Turizmin inkişafında region gənclərinin rolunun artırılması” layihəsini uğurla başa çatdırıb.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi region gənclərinin turizmin inkişafında rolunu artırmaq, onlara lazımi bacarıqlar öyrətməklə sosial şəbəkələr vasitəsilə öz regionlarının turizm məkanlarını dünya ictimaiyyətinə tanıtmaq, turistlərlə ünsiyyət qaydalarını öyrətmək və yerli gəncləri bu sahədə daha fəal iştiraka cəlb etməkdir.

Layihə çərçivəsində Quba, Qusar, Lənkəran, Astara, Gəncə, Qazax, Şəki və Zaqatalada gənclərlə təlimlər keçirilib. Ümumilikdə layihədən 160-dan çox gənc faydalanıb. Sonda iştirakçılara sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.