CƏMİYYƏT


Türk Dünyası sənədli filmlər festivalının Azərbaycandan olan qalibləri mükafatlandırılıblar

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Bakı Dövlət Universitetində (BDU) Türk Dünyası Sənədli Filmlər festivalının Azərbaycandan olan qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən Türk Dünyası Sənədli Filmlər festivalının təşkil edildiyini xatırladıb. Qeyd edilib ki, Azərbaycan türk xalqlarını birləşdirən təşkilatlarda fəal təmsil olunur. Bu, həm təcrübə mübadiləsi, həm də ən əsası xalqların bir-birinə inteqrasiyası baxımından olduqca önəmlidir.

BDU-nun rektoru festival qaliblərini təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb, türk xalqları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.

Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir festival barədə ətraflı məlumat verib.

Bildirilib ki, festivalda türk xalqlarının yaşadıqları ayrı-ayrı ölkələrdən 70-dən artıq film təqdim olunub. Azərbaycan da həmin festivalda iştirak edib və təqdim olunan filmlər mükafatlandırılıb.

Radion İsmayılovun “Doğma ocağı” filmi üçüncü yeri tutub. Bəxtiyar Qaracanın “İşığın sınma bucağı” və Elşad Eyvazlının “Böyüməyən uşaqlar” filmləri isə ayrı-ayrı nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Sonra festivalın Azərbaycandan olan qaliblərinə mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.