MƏDƏNİYYƏT
Türk Dünyası yeni nəsil yazarlarının “Şeir çələngi” çapdan çıxıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının (əsərlərindən ibarət antologiyanın nəşri) Bakı Toplantısının keçirilməsi” adlı layihə çərçivəsində türkdilli ölkələrdən Bakıya gəlmiş tədqiqatçı, yazıçı, şair və tərcüməçilərin iştirakı ilə keçirilmiş silsilə tədbirlərin yekunu olaraq “QHT Nəşriyyatı”nda “Şeir çələngi” adlı antologiya çapdan çıxıb.
DGTYB-dən AZƏRTAC-a bildirilib ki, “Şeir çələngi”ndə iştirakçıların III Bakı Toplantısında, habelə öz ölkələrində ədəbi mühit, ədəbi ənənə və perspektivlərlə bağlı layihə çərçivəsində keçirilmiş iclas və konfranslarda etdikləri məruzələrin mətni, eləcə də gənc şairlərin şeirləri yer alıb.
“Şeir çələngi”nin redaktorları Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Sərdar Şirvandır.