İQTİSADİYYAT


“Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb VİDEO

Bakı, 10 yanvar, Elvin Camalov, AZƏRTAC

Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yanvarın 10-da “Türk Hava Yolları” İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib.

Təxirə salınan aviareyslər İstanbulun Atatürk hava limanından saat 01:50-də və 05:40-da yerinə yetirilməli olan və Bakıdan İstanbula saat 04:45-də və 07:50-də həyata keçirilməsi gözlənilən aviareyslər olub.

Qeyd edək ki, “Türk Hava Yolları” ümumilikdə bu günə olan 121 aviareysi təxirə salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.