İQTİSADİYYAT
“Türk Hava Yolları” Türkiyənin 3-cü ən iri şirkətidir
Bakı, 4 avqust, Elvin Camalov, AZƏRTAC
“Türk Hava Yolları” (THY) dəyərinə görə Türkiyənin 3-cü ən iri şirkətidir.
AZƏRTAC “Capital” nəşrinə istinadla xəbər verir ki, şirkətin dəyəri 2016-cı ilin sonuna 29 milyard 468 milyon türk lirəsi dəyərində qiymətləndirilib. Sıralamada ilk yerdə dəyəri 34 milyard 854,851 milyon lirə olan “Tüpraş” qərarlaşıb.
Qeyd edək ki, THY hazırda 302 istiqamət üzrə uçuşlar həyata keçirir. Bu sırada, həmçinin həftədə 5 dəfə olmaqla Azərbaycan üzrə 3 istiqamətdə uçuşlar var. Artıq 26 ildir Azərbaycanda fəaliyyət göstərən aviaşirkət Bakıya uçuşlarını “Airbus A321” təyyarələri ilə edir. Eyni zamanda, həftədə 2 dəfə olmaqla Pakistanın paytaxtı İslamabada uçuşları Bakı üzərindən yerinə yetirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]