DÜNYA


“Türk Hava Yolları” əməkdaşlarına sosial şəbəkələrdə bir sıra qadağalar qoyub

Bakı, 14 iyun, Elvin Camalov, AZƏRTAC

“Türk Hava Yolları” (THY) əməkdaşlarına sosial şəbəkələrdə bir sıra qadağalar qoyub.

AZƏRTAC “airporthaber.com” saytına istinadla xəbər verir ki, THY pilot, bort bələdçilərinə, texniki heyət və digər əməkdaşlara sosial şəbəkələrdə uniformalarda fotolarını yaymağı qadağan edib.

Həmçinin məlumatda qeyd edilir ki, əməkdaşlar sosial şəbəkələrdə iş yerlərini də qeyd edə bilməzlər. “Türk Hava Yolları” həmçinin aeroport daxilindən görüntülər paylaşmağı, digər strateji əhəmiyyətli obyektlərin fotolarını yaymağı da qadağan edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.