MƏDƏNİYYƏT
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva İkinci Dünya Köçəri Oyunlarının açılış mərasimdə iştirak edəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva sentyabrın 3-4-də rəhbərlik etdiyi beynəlxalq təşkilatın üzv dövlətlərindən olan Qırğızıstan Respublikasında səfərdə olacaq.
Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində G.Əfəndiyeva Çolpon-Ata şəhərində baş tutacaq İkinci Dünya Köçəri Oyunlarının açılış mərasimdə iştirak edəcək. Köçəri sivilizasiyalara məxsus xalq idman növlərinin, mədəniyyətin və adət-ənənələrin təşviqi baxımından mühüm əhəmiyyətə malik bu tədbir dövlətlər arasında əlaqələri gücləndirməklə yanaşı, türk xalqlarının birliyinə və əməkdaşlığına töhfə verəcək.
Səfər zamanı G.Əfəndiyevanın Qırğızıstan Respublikasının dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.