MƏDƏNİYYƏT


Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Moldovada beynəlxalq forumda iştirak edib

Bakı, 8 noyabr, AZƏRTAC

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Moldovada keçirilən “Invest Gagauzia” II Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.

Forumda Moldovanın Baş naziri Pavel Filip, Türkiyə Baş nazirinin müavini Toğrul Türkeş, Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax, Azərbaycanın Kişineudakı səfiri Qüdsi Osmanov və müxtəlif ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Günay Əfəndiyeva ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.

Forum çərçivəsində Günay Əfəndiyeva ilə İrina Vlax arasında görüş keçirilib. Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun məqsədləri və fəaliyyəti barədə məlumat verib, onun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə yaradıldığını bildirib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qaqauzların türk dünyasının önəmli bir parçası olduğunu vurğulayaraq qaqauz dilinin, adət-ənənələrinin, mədəni irsinin qorunmasının vacibliyini qeyd edib.

İ.Vlax Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu əməkdaşlığın gələcəkdə birgə layihələrin reallaşdırılması baxımından müsbət nəticələr verəcəyini bildirib.

Görüş zamanı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib, qaqauzların tarixi-mədəni irsinin mühafizəsi və təşviqi məqsədilə ortaq layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.