MƏDƏNİYYƏT
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Türkiyə təmsilçisi ilə görüşüb
Ankara, 7 oktyabr, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Günay Əfəndiyeva Ankarada UNESCO-nun Türkiyə üzrə Milli Komissiyasının sədri Öcal Oğuz ilə görüşüb.
G.Əfəndiyeva rəhbərlik etdiyi Fondun məqsədlərindən bəhs edərək keçiriləcək layihələrin türk dünyasının tarixinin, mədəniyyətinin, irsinin qorunmasına və dünyada tanıdılmasına töhfə verəcəyini qeyd edib.
Ö.Oğuz TMİF-in rəhbərini Milli Komissiyanın işi ilə tanış edib, Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın uğurlu olacağına əminliyini bildirib.
Görüşdə ortaq əl sənətlərinin araşdırılmasını nəzərdə tutan "Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri" layihəsinin yekun mərhələsi müzakirə olunub.
Tərəflər qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi və perspektivdə olan məsələlərə dair fikir mübadiləsi aparıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara