DÜNYA
Türk Xalqları Konqresi liderlərinin qurultayı Qaqauz Yerində keçiriləcək
Kişineu, 24 avqust, AZƏRTAC
Türk Xalqları Konqresi (TXK) liderlərinin qurultayı avqustun 27-də Qaqauz Yeri Muxtar Ərazi Qurumunun (Moldova Respublikası) Kopçak kəndində keçiriləcək. Bu barədə AZƏRTAC Moldovanın “INFOTAG” internet portalına istinadla xəbər verir.
Qurultayın təşkilatçıları bildiriblər ki, forum türk dünyasının 30-dan çox xalqının nümayəndələrini bir araya gətirəcək. Rusiya və Türkiyə prezidentlərinin görüşündən sonra iki ölkənin yaxınlaşması, Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi və bu hadisəyə TXK-nın baxışı kimi siyasi məsələlər, eləcə də türk xalqlarının yaşadığı ərazilərdə mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaq.
TXK-nın qurultayında Konqresin prezidenti Marlis Uulu Edil, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başqanı İrina Vlax, muxtariyyətin Xalq Məclisinin sədri Dmitri Konstantinov, habelə Kopçak primarı (meri), Konqresin vitse-prezidenti Oleq Qarizan çıxış edəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]