MƏDƏNİYYƏT
Türk Xalqları Mədəniyyəti Konqresində Azərbaycan da təmsil olunacaq
Bakı, 23 iyun, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada doqquzuncu Beynəlxalq Türk Xalqları Mədəniyyəti Konqresi keçiriləcək.
Anadolu agentliyinin məlumatına görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü əsasında gerçəkləşəcək beynəlxalq tədbirdə iştirak edən 14 ölkə arasında ölkəmizin də adı var.
Konqresdə iştirak etmək istəyən dövlətlər türk və ya ingilis dilində 250- 500 sözdən ibarət bəyanat xülasələri ilə aragem.kultur.gov.tr elektron ünvanına müraciət etməlidirlər.
Noyabr ayına planlaşdırılan qurultay çərçivəsində 42 iclasın keçiriləcəyi və 180 bəyannamənin qəbulu nəzərdə tutulur.
Qeyd edək ki, 1975-ci ildən ənənəvi olaraq təşkil edilən qurultay beş ildən bir keçirilir. Qurultayın son iclası 2011-ci ildə İzmirdə reallaşıb.