MƏDƏNİYYƏT


Türk aktyor yeni filmə çəkilmək üçün Bakıya gəlir

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, kinorejissor Namiq Ağayev “Ol” adlı yeni filmin çəkilişinə başlayıb. “RUN film” və “Turan film”in birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır. Filmdə Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və türk aktyoru Tuncər Salman rol alıb.

Rejissor AZƏRTAC-a bildirib ki, bu gün filmin yaradıcı kollektivi hava limanında tanınmış türk aktyoru Tuncər Salmanı qarşılayacaq. Aktyor film çəkilişi ilə əlaqədar Bakıya səfər edir.

Film tragikomediya janrındadır. Tamaşaçı film içində bir filmə tamaşa edəcək. Ssenari iki yaradıcı insandan - aktyor və rejissor olan iki qardaşdan bəhs edir. Filmin əvvəlində uğursuzluğa düçar olan qardaşlar sifarişçi tərəfindən döyülüb küçəyə atılır. Bütün hadisələr bundan sonra başlayır. Uğursuzluğa baxmayaraq, onlar filmi sona çatdırmağı bacarırlar.

Yeni ekran əsərinin premyerası Bakıda və İstanbulda baş tutacaq. Film, həmçinin festivallar üçün də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.