DÜNYA


“Türk axını” üzrə hökumətlərarası saziş Ərdoğan-Putin görüşündə imzalana bilər

A+ A

Bakı, 10 oktyabr, Nihad Budaqov, AZƏRTAC

“Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş İstanbulda imzalana bilər.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, İstanbulda işinə başlayan XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin görüşəcək. “Türk axını” layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş həmin görüşdə imzalana bilər.

“Bu böyük bir layihədir və çox ətraflı iş tələb edir. Hazırda hökumətlərarası sazişin tamamlanması üçün işlər aparılır. Ərdoğan və Putin görüşündə bu sazişin hazır olmasını istəyirik”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.