DÜNYA
“Türk axını”nın tikintisi yayda başlayacaq
Bakı, 27 aprel, Nihad Budaqov, AZƏRTAC
Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) tikintisinə bu ilin yayında başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti məlumat yayıb. Açıqlamada bildirilir ki, boru kəmərinin dəniz hissəsinin inşası yayda başlayacaq və ümumilikdə “Türk axını”nın tikintisinin 2019-cu ilin sonunda tamamlanması nəzərdə tutulur.
“Gazprom” boru kəmərinin dəniz hissəsində inşa ediləcək iki boru kəmərinin tikintisi üzrə İsveçrənin “Allseas” şirkəti ilə müqavilə imzalayıb.
Xatırladaq ki, “Türk axını” layihəsi Rusiya təbii qazının Türkiyəyə və bu ölkədən də Avropaya çatdırılmasını nəzərdə tutur. Kəmərlə nəql olunacaq 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəməri tikiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]