ELM VƏ TƏHSİL


“Türk dillərində feilin feili bağlama formaları sistemi” kitabı rus dilində çapdan çıxıb

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Türk dillərində feilin feili bağlama formaları sistemi (müqayisəli-tarixi aspektdə)” adlı növbəti kitabı rus dilində çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili bağlama formaları sisteminin müqayisəli-tarixi təhlilinə həsr olunub.

Nəşrdə feilin feili bağlama formalarının əsas anlayışları, terminləri göstərilir. Həmçinin türk dillərində feili bağlamaların dəyişilməzliyi barədə məsələlər və onların təsnifat prinsipləri təhlil edilir. Müəllif feili bağlama formalarının şəxs, mənsubiyyət şəkilçilərini qəbul etməsi probleminə də toxunur. Bundan əlavə, monoqrafiyada müasir türk dillərində və onların dialektlərində feili bağlama formalarının leksik-semantik mahiyyəti, birincili və ikincili morfoloji əlamətləri təhlil olunur.

Kitabda müasir türk dillərində hər bir feili bağlama formasının tarixi inkişaf gedişi izlənilir, bu və ya başqa formanın yayılma dərəcəsi konkret misallarla müəyyənləşdirilir. Eyni zamanda, feili bağlamaların ismin müxtəlif halları ilə idarə olunması xüsusiyyətlərinin əhatəli təhlili aparılır və feili bağlama şəkilçilərinin etimologiyası ətraflı araşdırılır.

Filoloqlar və şərqşünas-türkoloqlar üçün tövsiyə olunan monoqrafiya dərs vəsaiti kimi də istifadə edilə bilər.

Nəşrin redaktoru mərhum akademik Tofiq Hacıyev, rəyçiləri professorlar Məsud Mahmudov və Vilayət Əliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.