DÜNYA


Türk dizayner ABŞ-da 3 mükafata layiq görülüb

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Los-Ancelesdə 9-cü dəfə keçirilən nüfuzlu beynəlxalq dizayn yarışmalarından biri “IDA”da qrafika, dizayn sahəsində bir sıra milli və beynəlxalq festivalların mükafatçısı “Günah” (The Sin) adlı filmin afişası ilə Arda Aktaş birinciliyə layiq görülüb.

52 ölkədən 1000-dən çox sənət və səhnə əsərinin yarışdığı festivalda Arda Aktaşın eyni nominasiya üzrə 33-cü İstanbul Film Festivalının “Ən Yaxşı İlk Film” mükafatını qazanan “Nərgiz xanım” ekran işinin afişası ikincilik və ötən mövsümün seriallarından olan “Eşkıya Dünyaya Hökmdar Olmaz”ın afişası isə üçüncülük dərəcəsi alıb.

Yerli və xarici xeyli sayda film və serialın afişasında imzası olan 1985-ci il təvəllüdlü Arda Aktaş “Yahşi Batı”, “Aşk tesadüfleri sever”, “Ali Baba və Yedi Cüceler”, “Delibal”, “Kardeşim benim”, “Güldür Güldür Show”, “Muhteşem Yüzyıl” kimi məşhur ekran işlərinin vizual dizayneri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.