MƏDƏNİYYƏT


Türk dünyasının qardaşlıq tablolarının nümayiş olunduğu sərgi

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

TÜRKSOY-un dəstəyi ilə Türkiyənin Malatya şəhərində təşkilata daxil olan ölkələri təmsil edən 22 rəssamın sənət əsərlərindən ibarət sərgi açılıb.

Anadolu agentliyinin məlumatına görə, 19-cu dəfə gerçəkləşən, İnönü Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin təşkilatçılığı ilə baş tutan sərgidə 100-dək sənət əsəri nümayiş olunur. Türk dünyasının qardaşlıq tablolarının da yer aldığı sərgidə müxtəlif mövzulu sənət əsərlərini görmək mümkündür.

TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş sərginin əhəmiyyətindən söz açaraq deyib ki, bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqillik əldə etmələrindən 25 il ötür. Sərgi də məhz, bu münasibətlə təşkil olunub.

Qeyd edək ki, sərgi 10 gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.