ELM VƏ TEXNOLOGİYA


Türk əsgərinə məxsus kitablar Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə hədiyyə olunub

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

1917-1918-ci illərdə Nuru Paşanın rəhbərliyi ilə Bakıya gələn Qafqaz İslam Ordusunun 12-ci alayında xidmət etmiş türkiyəli əsgər Əli oğlu Əhmədə məxsus üç kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təqdim olunub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, Əli oğlu Əhmədin nəticəsi Maşidə Niğmət Məmişin muzeyə hədiyyə etdiyi “Şakircan Əlhəmdi Əttəkva. İslam ibadətləri”, “Hacı Əbdülhəmid Hamid Əlbərzənci”, “Əli Nəzima. Mükatibə-ye məxsus tarix kitabları kolleksiyonu” kitabları XX əsrin əvvəllərində Bakıda baş vermiş hadisələrin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

Kitablar əski əlifba ilə (türk və Azərbaycan dillərində) qələmə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.