DÜNYA


Türk lirəsinin məzənnəsi sürətlə aşağı düşür

A+ A

İstanbul, 1 dekabr, AZƏRTAC

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi sürətlə aşağı düşməkdə davam edir.

Türkiyə Mərkəzi Bankının rəsmi məlumatına görə, dekabrın 1-də ölkə ərazisində bir ABŞ dolları 3,43 lirəyə satılıb. Son bir ayda lirə təxminən 30 qəpik (kuruş) ucuzlaşıb. Bu geriləmə avronun məzənnəsində də baş verməkdədir.

Qeyd edək ki, hələlik Mərkəzi Bankın lirənin ucuzlaşması prosesinin qarşısını almaq üçün gördüyü tədbirlər nəticə vermir.

Rəsmi məlumata görə, bu prosesin qarşısı alınmasa, lirənin məzənnəsi maliyyə qurumlarının 2016-cı ilin sonu üçün proqnozlaşdırdığı səviyyədən çox aşağı həddə düşəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.