ELM VƏ TEXNOLOGİYA


“Türk mətbuatında “erməni məsələsi” kitabı nəşr olunub

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Emiliya Xəlilova “Türk mətbuatında “erməni məsələsi” kitabını geniş ictimaiyyətə təqdim edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, E.Xəlilova türk dilində nəşr olunan bu kitabı Azərbaycan dilinə tərcümə edərək oxucuların diqqətinə çatdırıb.

Kitabda ayrı-ayrı müəlliflərin, o cümlədən Zəki Başar, Camal Paşa, Kazım Qarabəkir, Tvyordoxlebov, Xoreşenov və başqalarının ermənilər haqqında məqalələri toplanıb. Müəlliflər şəxsən özlərinin şahidi olduqları hadisələri qələmə alıblar. Buradakı məlumatlar ölkədəki ictimai-siyasi vəziyyət, Türkiyəni parçalamaq məqsədilə ölkənin şərqində ermənilərə muxtariyyət verilməsini vəd edən xarici dövlətlərin təhriki ilə ermənilərin üsyana qalxmaları və asayişi pozmaları, türklərə qarşı qanlı cinayət və qırğınlar törətmələri, verdikləri işgəncə və zülmlər tarixi həqiqətlər və sübut olunmuş faktlar əsasında yazılıb.

Bu məqalələr arasında tarixçi Əhməd Rəfiq Altınayın 1919-cu ildə İstanbulda çapdan çıxan “Qafqaz yollarında xatirələr və təəssüratlar” kitabından bir hissə, eləcə də 1918-ci ildə Ərzurum, Ərzincan və Karsın ermənilərdən azad olunması zamanı qərargah polkovniki, I Qafqaz Korpusunun komandanı Kazım Qarabəkirin 1939-cu ildə çap edilən “Ərzurum və Ərzurumun qurtuluşu” adlı kitabından ayrı-ayrı hissələr də yer alıb.

Kitabın elmi redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.