Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Müstəqilliyimizin bərpasının 25-ci ildönümündə vətəndaşı olmaqdan hər zaman böyük qürur hissi keçirdiyim Azərbaycan Respublikasının müdrik liderliyiniz ilə beynəlxalq aləmdə tutduğu nüfuzlu mövqeni görməkdən şərəf duyuram.

Azərbaycan xalqının ona miras qalan bu böyük əmanətə bu günə qədər olduğu kimi, bundan sonra da ən yaxşı şəkildə sahib çıxacağından əmin olduğumu xüsusi ifadə etmək istəyirəm.

Cənab Prezident, bu əlamətdar gün münasibətilə Zati-alinizə ən gözəl arzularımı çatdırır, bütün Azərbaycan xalqına yüksək rifah, sağlamlıq və xoşbəxtlik arzu edirəm.

Dərin hörmətlə,

 

Ramil Həsənov

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin