Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

24 dekabr - doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə səmimi arzu və diləklərimi çatdırıram.

Uğurlu siyasətiniz nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və dünyada öz sözünü deyən bir dövlət kimi qəbul olunur.

Türk Şurasına Sizin daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və Türk dünyasının birliyi, bərabərliyi və möhkəmləndirilməsinə verdiyiniz böyük töhfənin danılmaz olduğunu bildirirəm.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir və şərəfli işinizdə uğurlar diləyirəm.

 

Dərin hörmətlə,

Ramil Həsənov

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin