Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması qardaş xalqın həyatında çox böyük və önəmli hadisə olmaqla, müstəqil Azərbaycanın milli dövlətçiliyinin, onun indiki parlaq yüksəlişinin əsasını qoymuşdur. Qardaş Azərbaycan xalqı Zati-alinizin rəhbərliyi ilə və həyata keçirdiyiniz siyasət nəticəsində bu yüksəlişi yaşamaqdadır.

İnanıram ki, türkdilli ölkələr arasında əməkdaşlıq da Sizin hərtərəfli dəstəyiniz və töhfələriniz sayəsində daha da inkişaf edəcək və genişlənəcəkdir. Bakıda TürkPA Katibliyinin fəaliyyəti üçün mükəmməl şəraitin yaradılması bu böyük dəstəyinizin bariz nümunəsidir.

Bu xoş fürsətdən istifadə edərək, yüksək ehtiram hissi ilə Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Jandos Asanov

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin