SİYASƏT


Türki Əl-Daxil: Prezident İlham Əliyevin Konqresdəki parlaq nitqi mənə dərin təsir bağışladı

A+ A

Bakı, 17 noyabr, Əziz Məmmədov, AZƏRTAC

Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin parlaq nitqi mənə dərin təsir bağışladı. Dövlət başçısı qədim Azərbaycan sivilizasiyası, dərin köklərə malik tarixi və mədəni dəyərlər barədə ətraflı məlumat verdi. Multikulturalizmin və dini dözümlülüyün Azərbaycanın dövlət siyasətində prioritet istiqamət təşkil etdiyini vurğuladı.

Konqresin iştirakçısı, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” xəbər kanalının baş direktoru Türki əl-Daxil bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Müsahibimiz qeyd edib ki, bu siyasət sayəsində Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqa sanballı töhfə verir. Azərbaycan ilə Səudiyyə Ərəbistanını dostluq, qardaşlıq münasibətləri bağlayır, ölkələrimiz arasında bir sıra siyasi, beynəlxalq və regional məsələlər barədə qarşılıqlı anlaşma var.

Bakı haqqında təəssüratlarını da bölüşən “Əl-Ərəbiyyə” telekanalının baş direktoru deyib: “Paytaxtınız çox gözəldir. Burada qədimlik və müasirlik birləşir. Möhtəşəm binalar ucaldılıb. Qardaş Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulamaq istəyirəm”.

Türki əl-Daxil Konqresin keçirildiyi Heydər Əliyev Mərkəzini nadir memarlıq nümunəsi adlandıraraq, onun həm xarici, həm də daxili tərtibatının mükəmməl olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.