DÜNYA


Türkiyə 4 mindən çox rusiyalını “qara siyahıya” salıb

Bakı, 17 iyul, AZƏRTAC

Türkiyənin hakimiyyət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 4 min 128 Rusiya vətəndaşının ölkəyə gəlməsinə qadağa qoyub.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məruzədə, həmçinin 2011-ci ildən bəri bu səbəbdən 800-dən çox rusiyalının ölkədən deportasiya edildiyi bildirilir. Qeyd olunur ki, İŞİD-lə əlaqə şübhəsinə əsasən Türkiyəyə girişi qadağan olunan əcnəbilərin “qara siyahısına” ümumilikdə 146 ölkədən 53 min 781 nəfər daxildir. Bu siyahıda Səudiyyə Ərəbistanı (7523 nəfər), Tunis (4605 nəfər) və Rusiya (4128 nəfər) vətəndaşları liderlik edirlər.

Son altı ildə İŞİD qruplaşması ilə bağlılığına görə Türkiyədən ən çox Rusiya vətəndaşları deportasiya olunublar – 804 nəfər. Sonrakı yerləri İndoneziya (435 nəfər) və Tacikistan (308 nəfər) tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.