Türkiyə Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb
Bakı, 20 yanvar, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri bu gün axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.
Türk hərbi təyyarələri bölgədəki terror hədəflərini bombalayır. Yerli vaxtla saat 18.30-dək müəyyənləşdirilən 113 PYD/PKK hədəfindən 108-nin vurulduğu bildirilir.
Əməliyyat davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]